Mərkəzi Asiya ölkələrinin milli valyutaları ucuzlaşıb

Mərkəzi Asiya ölkələrinin milli valyutaları ucuzlaşıb

16 Avqust 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya rublunun rekord dərəcədə ucuzlaşmasından sonra Rusiyanın əsas ticarət tərəfdaşlarının milli valyutaları təzyiq hiss edir.

Belə ki, avqustun 10-da Özbəkistanın kommersiya banklarında dolların məzənnəsi kəskin artıb - 11 677 somdan 12 135 soma və ya bir gündə 458 sum (4%)yüksəlmə müşahidə olunub.

“Əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının əhəmiyyətli dərəcədə devalvasiyası xarici ticarət və pul köçürmələri kanalı vasitəsilə somun real effektiv məzənnəsinin möhkəmlənməsinə səbəb olub.

Bu da öz növbəsində ixrac-pul daxilolmaları kanalları ilə ölkəmizə valyuta daxilolmalarına və daxili valyuta bazarında təklifin həcminə mənfi təsir göstərib”, - Özbəkistan Mərkəzi Bankından bildiriblər.

Avqustun 14-də Qazaxıstan Fond Birjasında keçirilən hərracların nəticəsində ABŞ dollarının məzənnəsi 448,63 tenge təşkil edib. Cümə günü ticarətlə müqayisədə milli valyuta 2,63 tenge zəifləyib.

Qazaxıstan Milli Bankının sədr müavini Aliya Moldabekova ötən həftə bildirib ki, iyulda təngənin məzənnəsi 445,89 və ya 1,4% möhkəmlənib. "Ümumiyyətlə, iyul ayı milli valyuta üçün müsbət olub - möhkəmlənmə digər amillərlə yanaşı, neftin qiymətinin artması, eləcə də qeyri-rezidentlərin vəsaitlərinin dövlət qiymətli kağızlarına axını ilə bağlıdır", - o bildirib.

Həmçinin, dollar Tacikistan somonisinə nisbətdə bahalaşıb - 10,9512-dən 10,9609-a qalxıb.

Dolların soma qarşı rəsmi məzənnəsi 88,02-dən 88,27-yə yüksəlib.

Somun məzənnəsini saxlamaq üçün Qırğızıstan Respublikasının Milli Bankı 35,88 milyon ABŞ dolları satıb.

Əziz Mustafa