
Cənubi Koreya İranın 6 milyard dollar vəsaitini İsveçrəyə köçürür
Sanksiyalar çərçivəsində Cənubi Koreya banklarında dondurulmuş İranın təxminən 6 milyard dollarlıq aktivlərinin təhvil verilməsi ABŞ və İran arasında mübadilə sazişi çərçivəsində həyata keçirilir.
Cənubi Koreya mediası ötən həftə İranın ölkə banklarında dondurulmuş aktivlərinin köçürülməsi üçün İsveçrənin mərkəzi bankına təxminən 6 milyard dollar məbləğində vəsaitin köçürüldüyünü açıqlayıb.
İsveçrə Milli Bankı növbəti beş həftə ərzində hər gün təxminən 220-300 milyon dollar avroya çevirməyi planlaşdırır.
Cənubi Koreyanın Maliyyə Nazirliyi məsələnin hüquqi və diplomatik həssaslığına görə şərh verməkdən imtina etdiyi bildirilir.
Murad Şahməmməd
Digər xəbərlər