Məhdud sayda istehsal olunacaq marka qara və yaşıl rənglərdən ibarətdir

Məhdud sayda istehsal olunacaq marka qara və yaşıl rənglərdən ibarətdir

23 Avqust 2023 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Kompüter, qulaqlıq və ya klaviatura istehsalı ilə tanıdığımız «Razer» şirkəti yeni məhsulunu təqdim edib. Bu dəfə çox fərqlidir. Ülgüc!

«Razer» şirkəti bu günə qədər bir çox favoritlər arasında olub. Bununla belə, yeni təşəbbüsü olan ülgüclə o, açıq-aydın başqa sahələrə də diqqət yetirib.

«Razer» şirkəti və «Gillette» arasındakı razılaşma ilə «Gillette Laborator Razer» adlı yeni ülgücünü istifadəyə verib. Məhdud sayda istehsal olunacaq bu ülgüc markanın fonuna uyğun qara və yaşıl rənglərdən ibarətdir.

«Razer» və «Gillette» arasındakı razılaşmanın bir hissəsi olaraq məhdud sayda buraxılan ülgüc, görünür, markanın klassik yaşıl dizaynına sadiq qalır.

Bu xüsusi ülgüc bütün cinslərdən olanlara üz və ayaqlarını qırxmağa kömək etmək üçün standart «Gillette» başlıqlarına malikdir.

Məhsulun hər iki cinsin istifadəsinə uyğun olduğunu vurğulayan «Razer», onun təkcə üz üçün deyil, bədən üçün də istifadə edilə biləcəyini bildirib.

Murad Şahməmməd