Qərb ölkələri Ukraynaya  dəymiş ziyanı kompensasiya edənə qədər Rusiyanın aktivlərini bloklayacaqlar

Qərb ölkələri Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər Rusiyanın aktivlərini bloklayacaqlar

25 Avqust 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Ukraynaya müharibəyə dəymiş ziyanı kompensasiya edənə qədər Rusiyanın aktivlərini bloklayacaqlar, beş ölkənin milli təhlükəsizlik müşavirləri Vaşinqtonda keçirilən görüşdən sonra bildiriblər. Bu barədə “The Moscow Times” yazır.

Onlar bir daha təsdiq etdilər ki, dövlətləri lazım olduğu müddətdə Ukraynaya dəstək verməkdə davam edəcək, habelə onun yenidən qurulmasına kömək edəcək. “Görüş iştirakçıları qeyd ediblər ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyənə qədər öz ölkələrinin yurisdiksiyasında olan Rusiyanın suveren aktivləri dondurulmuş olacaq”, - deyə kommünikedə bildirilir.

Bundan əlavə, müşavirlər Rusiyanı müharibənin vurduğu dağıntılara görə məsuliyyətə cəlb etməyin gələcək yollarını nəzərdən keçiriblər.

Hazırda Aİ-də Euroclear-da dondurulmuş Rusiya aktivlərinin 196,6 milyard avrodan Ukraynaya kömək etmək, onların investisiyalarından əldə olunan gəliri ona köçürmək üçün istifadə edilib-edilməməsi ilə bağlı mübahisələr var.

Əziz Salamoğlu