İsrail öz qazını Türkiyə vasitəsi ilə Avropaya nəql edəcək

İsrail öz qazını Türkiyə vasitəsi ilə Avropaya nəql edəcək

30 Avqust 2023 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu nazirlər arası qrupa İsrailin ən böyük dəniz yatağından - Leviathandan sualtı qaz kəmərinin Türkiyəyə çəkilməsi imkanlarını araşdırmaq göstərişi verib.

Plana əsasən, Avropa dövlətlərinin Rusiya yanacağından asılılığını azaltmaq üçün Türkiyə ərazisindən tranzitlə Cənubi Avropa ölkələrinə qaz göndəriləcək.

Təklif olunan layihə əsas Türkiyə-Avropa boru kəmərini İsrailin və Misir və BƏƏ kimi qonşu regionların zəngin qaz ehtiyatlarına bağlamaq üçün nəzərdə tutulub.

Təşəbbüs Avropa üçün əlverişli alternativ qaz təchizatı sistemi yaratmaq məqsədi daşıyır.

Qrupun yaradılması ilə bağlı qərar baş nazirin energetika naziri İsrael Kats, maliyyə naziri Bezalel Smotriç və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Khanegbi ilə birlikdə iştirak etdiyi iclasda qəbul edilib.

Əziz MUSTAFA