Türkiyənin ilk milli turbofan sistemi

Türkiyənin ilk milli turbofan sistemi

4 Sentyabr 2023 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə aviasiya mühərrikləri sahəsində lider şirkətlərindən biri olan "TUSAŞ Motor Industry AŞ" (TEI) ilk milli turbofan mühərrikinin fan daxili korpus sistemini yaradıb. Açıqlamaya görə, təslim mərasimində çıxış edən TEİ-nin baş direktoru Prof. Dr. Mahmut F. Akşit istehsal olunan hissənin Türkiyədə bir ilk olduğunu ifadə edərək, istehsalında istifadə edilən epoksi kimi kompozit materialın əsas girişlərinin də yerli olduğunu bildirib.

Akşit deyib:

"TEI olaraq layihələrimizi intensiv şəkildə davam etdiririk. Sənaye əməkdaşlığının gözəl nümunəsi olan bu üsulla ehtiyac duyduğumuz bəzi hissələri də təmin edə bilirik. Bu yolla mərkəzlər öz fəaliyyətlərini davam etdirirlər. Növbəti işbirliklərimizdən biri də Aviasiya mühərriklərində istifadə edilən ön rulman çərçivəsi qanadları (Ön Bearing Structure) kompozit materialdır. Layihəni bir ildən az müddətdə uğurla başa vuran bütün komandalara təşəkkür edirəm".

Mərasimdə çıxış edən Sabancı Universitetinin Tədqiqat və İnkişaf üzrə Rektor müavini Prof. Dr. Mehmet Yıldız, "Uzun müddətdir ki, TEI ilə birlikdə istehsal ilə bağlı işləyirik. İş çərçivəsində, bu yaxınlarda aviasiya sənayesində kompozit materialların istifadəsini təmin edən başqa bir layihə həyata keçirdik. Türkiyənin bir məhsuldarlığa sahib olmasına töhfə verməkdən qürur duyuruq. Bu işimizlə dünyada aviasiya sənayesində sözümüzü deyəcəyik. Bundan sonra TEI ilə əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq” deyə bildirib.

Xatırladaq ki, "SAHA EXPO 2022" sərgisində TEI ilə Sabancı Universiteti arasında turbofan mühərriklərində kompozit materialdan fan daxili korpus sisteminin yaradılması layihəsinə dair protokol imzalanıb. Bu çərçivədə Türkiyədə ilk dəfə turbofan mühərrikində istifadə ediləcək kompozit fan daxili korpus sisteminin dizaynı, inkişafı və istehsalı uğurla tamamlanıb.

Murad Şahməmməd