Hər il dənizlərdən 6 milyard ton qum çəkilir

Hər il dənizlərdən 6 milyard ton qum çəkilir

8 Sentyabr 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) hər il dəniz və okeanlardan 6 milyard ton qum çəkildiyini və bunun nəticəsində sualtı biomüxtəlifliyin təhlükə altında olduğunu açıqlayıb. «UNEP» dəniz və okeanlardan ildə 6 milyard ton qum çıxarıldığını açıqlayıb ki, bu da gündə 1 milyondan çox özüboşaldan yük maşınının həcminə bərabərdir.

«UNEP», risk altında olan sualtı biomüxtəlifliyi xüsusi vurğulayaraq, dənizlərdən və okeanlardan çəkilən qumu izləmək üçün «Sea Sand Tracker» adlı məlumat platforması qurduğunu bildirib.

Çayların sahil və dəniz ekosistemlərinin strukturunu və funksiyasını qorumaq üçün ehtiyac duyduğu qumun çəkilmə miqdarının ildə 10-16 milyard ton təbii yenilənmə sürətinə yaxınlaşması və bu vəziyyətin narahatlıq doğurduğu ciddi şəkildə vurğulanıb.

Xatırladaq ki, qum tikintidə, sement istehsalından, şüşə istehsalına qədər bir çox sektorda və iş sahələrində istifadə olunur.

Murad Şahməmməd