İlin əvvəlindən Monqolustan 40,9 milyon ton kömür ixrac edib

İlin əvvəlindən Monqolustan 40,9 milyon ton kömür ixrac edib

12 Sentyabr 2023 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar-avqust aylarında Monqolustan 40,9 milyon ton kömür satıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Bundan əlavə, 1,02 milyon ton və ya 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 4,7 faiz çox mis konsentratı tədarük edilib ki, bu da ixracdan gələn gəlirin 17,7 faizini təşkil edib.

Gömrük Baş İdarəsindən verilən məlumata görə, idxala xərclənən vəsaitin 21,1 faizini neft məhsulları, 14,1 faizini yük və minik avtomobilləri, avadanlıq, ehtiyat hissələri, 2,1 faizini enerji resursları təşkil edib.

Əziz Salamoğlu