Bir şirkətin 200-dən çox əməkdaşı işdən çıxarılaraq süni intellektlə əvəzlənib

Bir şirkətin 200-dən çox əməkdaşı işdən çıxarılaraq süni intellektlə əvəzlənib

19 Sentyabr 2023 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Süni intellekt üzrə məşğulluq hesablamalara görə, tibb, hüquq və maliyyə kimi bacarıqlı peşələr də risk altındadır.

Fransada 383 nəfərin çalışdığı "Onclusive" şirkəti yanvar ayından etibarən işçi qüvvəsinin yarıdan çoxunu süni intellektlə əvəz etmək qərarına gəlib.

İctimai yayımçı «France Inter»-in məlumatına görə, Parisin şimalındakı Courbevoie bölgəsində fəaliyyət göstərən şirkət 217 əməkdaşını işdən çıxararaq süni intellektlə əvəz edəcək.

«France Inter»-ə danışan şirkət rəsmisi Matthew Piercy, süni intellekt də daxil olmaqla yeni texnoloji vasitələrin şirkətə inteqrasiya olunacağını təsdiqlədi və işdən çıxarmalar da daxil olmaqla, çətin qərarların veriləcəyini açıqladı.

Müştərilərə göstərilən xidməti yaxşılaşdırmağı hədəflədiklərini bildirən şirkət rəsmisi köhnə sistemi və infrastrukturu modernləşdirmək istədiklərini və bu çərçivədə süni intellektin töhfəsindən yararlanacaqlarını bildirib.

Qərarın asan olmadığını deyən şirkət rəsmisi, ixtisarların şəxsi heyətə təsirinə hazır olduqlarını bildirib.

İşdən çıxarılan işçilərin korporativ və fərdi müştərilər üçün araşdırma aparmaq, tapmaq və mətbuatda yazılar hazırlamaqla məsul olduqları öyrənilib.

Murad Şahməmməd