Benzin və dizel avtomobilləri üçün qərar

Benzin və dizel avtomobilləri üçün qərar

21 Sentyabr 2023 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin baş naziri Rishi Sunak, benzin və dizel mühərrikli yeni avtomobillərin satışına qoyulan qadağanın 2030-cu ildən 2035-ci ilə qədər təxirə salınacağını və ölkəsinin xalis sıfır emissiyaya nail olmaq üzrə öhdəliklərinə dəyişikliklər ediləcəyini açıqlayıb. İngiltərə baş naziri Rishi Sunak 2030-cu ildə başlaması planlaşdırılan benzin və dizel mühərrikli yeni avtomobillərin satışına qoyulan qadağanı 5 il müddətinə təxirə saldıqlarını açıqlayıb.

Nazirlikdə keçirdiyi mətbuat konfransında Sunak, 2050-ci ilə qədər ölkənin "xalis sıfır" karbon emissiyasına nail olmaq üçün "yeni yanaşmalar" tətbiq edəcəyini açıqlayıb.

Ölkəsinin xalis sıfır emissiyaya çatmaq üçün yeni yanaşmalarının "praqmatik, mütənasib, realist və İngilis xalqı qarşısında məsuliyyətli" olacağını vurğulayan Sunak, insanların yükünü yüngülləşdirmək üçün bunları həyata keçirəcəklərini söyləyib.

Bu çərçivədə evlərdə elektrikli vasitələrə və istilik nasoslarına keçidi asanlaşdıracaqlarını ifadə edən Sunak, aşağıdakı ifadələrdən istifadə edib:

"Bu o deməkdir ki, siz 2035-ci ilə qədər Almaniya və Fransa kimi ölkələrə uyğun olaraq yeni benzin və dizel avtomobilləri və furqonlar ala bilərsiniz. Bu həm də o deməkdir ki, Darlinqtonda terraslı evdə yaşayan bir ailə üçün bahalı istilik 10.000 funt-sterlinqə başa gələ bilər. Biz heç kimi öz nasosu üçün köhnə qazanını çıxarmağa məcbur etməyəcəyik”.

Sunak, evləri daha enerji səmərəli etmək üçün subsidiyalarını davam etdirəcəklərini, lakin heç kimin bu cür tədbirlər görməyə məcbur edilməyəcəyini vurğuladı.

Sunak, heç kimin iqlim dəyişikliyinin reallığına şübhə edə bilməyəcəyini söylədi, lakin mənalı demokratik müzakirələr olmadan insanları həyatlarında dəyişiklik etməyə məcbur etməkdə iddialı bir şey olmadığına da diqqət çəkdi.

Böyük Britaniyanın istixana qazı tullantılarını azaltmaqda dünyanın digər ölkələrindən çox irəlidə olduğunu müdafiə edən Sunak, "Bu irəliləyişləri nəzərə alsaq, hədəflərimizə çatmaq, lazımsız yerə daha yüksək xərclərlə üzləşən insanların hesabına başa gəlməməlidir" deyə bildirib.

Sunak onu da qeyd edib ki, əvvəlki hökumətlər ictimai dəstəyi olmadan xalis sıfır emissiya hədəflərini təyin etmək üçün çox sürətlə hərəkət etdikləri üçün mövcud siyasəti dəyişməli oldular.

Baş nazir Sunakın açıqlamaları, İngiltərənin xalis sıfır emissiya hədəfi üçün təyin olunan tarixləri təxirə salma planları dünən gecə mətbuatda yayımlanıb.

Murad Şahməmməd