Mərkəzi Asiya iqtisadiyyatı Rusiyanın sayəsində inkişaf edir

Mərkəzi Asiya iqtisadiyyatı Rusiyanın sayəsində inkişaf edir

4 Oktyabr 2023 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ekspertlər arasında Mərkəzi Asiya ölkələrinin Rusiyaya Qərbin Ukraynaya müdaxiləsi ilə bağlı tətbiq etdiyi sanksiyalardan yayınmasında yardım etdiyinə dair rəy getdikcə güclənir. Ukraynadakı müharibə, iqlim dəyişikliyi, COVID-19-un uzunmüddətli təsirləri və bir sıra daxili və beynəlxalq amillər dünyanın bir çox iqtisadiyyatını sarsıdıb. Almaniya da onlardan biridir. Amma görünür, bəzi ölkələr bu pis vəziyyəti üstünlüyə çevirə biliblər.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son hesabatına əsasən, 2023-cü ilin birinci yarısında xüsusilə Mərkəzi Asiya iqtisadiyyatları başgicəlləndirici artım qeydə alıb. Bu il gözlənilən 7,5 faiz ÜDM artımı ilə Tacikistan liderlik edir, ikinci yerdə Özbəkistan (6,5 faiz), Qazaxıstan (5 faiz) və Qırğızıstan (4,6 faiz) gəlir.

Murad Şahməmməd