İranda işçilərin 70 faizi ikinci işdə çalışır

İranda işçilərin 70 faizi ikinci işdə çalışır

10 Oktyabr 2023 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

İran Həmkarlar İttifaqının baş katibi Hadi Abuyi ölkədə işçilərin 70 faizinin əlavə iş yerlərində çalışdığını bildirib. İran Tələbə Xəbər Agentliyinin (SNN) məlumatına görə, Abuyi ölkədəki işçilərin iqtisadi vəziyyəti haqqında məlumat verib. Abuyi ölkədə alıcılıq qabiliyyətinin azaldığını, işçilərin 70 faizinin bu səbəbdən əlavə işlərdə çalışdığını bildirib.

İşçilərin ikinci iş olaraq ilk seçiminin taksi sürmək olduğunu bildirən Abuyi, Əmək Nazirliyinin dolanışıq məsələsini nəzərdən keçirmək üçün toplantı keçirməkdən imtina etməsindən şikayətlənib. İranda minimum əmək haqqı 2023-cü il üçün 27 faiz artırılaraq yerli valyutada 5 milyon 308 min 282 tümənə (təxminən 101 dollara) çatıb.

Oxuməni.az