Beynəlxalq Valyuta Fondundan Türkiyə proqnozu

Beynəlxalq Valyuta Fondundan Türkiyə proqnozu

11 Oktyabr 2023 07:12
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Valyuta Fondu son İqtisadi Görünüş hesabatında qlobal iqtisadiyyatın bərpa olunmağa davam etdiyini, lakin növbəti iki il ərzində artımın yavaşlayacağını bildirib. Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozuna görə, qlobal iqtisadiyyat ötən illə müqayisədə daha az artacaq. Ötən il 3,5 faiz olan qlobal artım tempinin 2023-cü ildə 3 faizə düşəcəyi proqnozlaşdırılır. Digər tərəfdən, daxili tələbin gözləntilərin üzərində təsiri ilə Türkiyə iqtisadiyyatının böyümə proqnozu 1 bənd artaraq 4 faizə yüksəlib. 2024-cü il üçün artım proqnozu 3 faizdir. BVF-nin dərc etdiyi son İqtisadi Görünüş hesabatında deyilir: "Bu nisbət tarixi orta səviyyədən xeyli aşağı olaraq qalır". Hesabata görə, mülayim artım Rusiyanın Ukraynaya müdaxiləsi, dünyada inflyasiyanın azaldılması üçün monetar siyasətlərin sərtləşdirilməsi, ekstremal iqlim hadisələrinin təsiri və qismən də Covid-19 pandemiyasının uzunmüddətli nəticələri ilə bağlıdır.

2024-cü il üçün proqnozlar iyul ayında dərc edilən son proqnozla müqayisədə 0,1 faiz cüzi azalma ilə qlobal artımın 2,9 faiz təşkil etməsidir.

İnflyasiya yavaşlayır, lakin yüksək olaraq qalır. Qlobal inflyasiya yavaşlamağa davam edir. BVF 2022-ci ildə 9,2 faiz olan qlobal inflyasiyanın bu ilin sonunda 5,9 faizə, 2024-cü ildə isə 4,8 faizə düşəcəyini təxmin edir.

Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiyanın daha tədricən olsa da, gələn il 4,5 faizədək azalacağı proqnozlaşdırılır.

Murad Şahməmməd