“Toyota” yeniyetmələr üçün avtomobil hazırlayıb

“Toyota” yeniyetmələr üçün avtomobil hazırlayıb

Bəyəndim (3) Bəyənmədim (0)


“Toyota” yeniyetmələr üçün nəzərdə tutulmuş “FT-Me” kompakt elektrik avtomobilini təqdim etdi. Bir sıra Avropa ölkələrində yaşı 14 və daha yuxarı olan sürücülərə bu sinif avtomobili idarə etməyə icazə verilə bilər. Bu barədə Oxuməni.az “Autopilot.ru”ya istinadla xəbər verir.
“FT-Me”, “Stellantis” konserninin üç modeli kvadrisikli kimi təsnif edilir: “Citroen Ami”, “Opel Rocks” və “Fiat Topolino”. Aİ qanunvericiliyinə görə, belə dördtəkərli mikroavtomobillərin elektrik qurğusunun gücü 8 at gücündən və çəkisi 425 kq-dan çox olmamalıdır. Bundan əlavə, maksimal sürət 45 km/saat ilə məhdudlaşdırılmalıdır.
Ölçüləri baxımından “Toyota FT-Me” hətta “Smart ForTwo” və Yapon kei-kar avtomobillərindən də kiçikdir. Avtomobilin uzunluğu cəmi 2,5 metrdir. “Toyota” deyir ki, avtomobil o qədər kiçikdir ki, yalnız yarım park yeri tutur. “Toyota FT-Me”-nin damında quraşdırılmış günəş panelləri var ki, bu da açıq gündə əlavə 30 km məsafə üçün batareyanın doldurulmasına kömək edəcək. Şirkət batareyanın ölçüsünü və maksimum diapazonunu hələ açıqlamayıb. “Toyota FT-Me” standart olaraq əlil sürücülər üçün uyğundur. Ənənəvi pedallar yoxdur - avtomobil sükan çarxında mexaniki idarəetmə ilə təchiz edilmişdir.
“Toyota FT-Me” konsept olaraq debüt edib və onun satışa çıxarılıb-çıxmayacağı bəlli deyil. Şirkət qeyd edir ki, mini avtomobil adi elektromobillə müqayisədə ətraf mühitə daha az zərər verir. “FT-Me” adi elektrik avtomobilindən hər kilometrə üç dəfə az enerji sərf edir və təkrar emal edilmiş materialların geniş istifadəsi sayəsində 90% daha az karbon izi qoyur. Model Avropada görünsə, o, bazarda ən kiçik avtomobil olacaq.
Almaz Həsənli