“Azərbaycan qaz hasilatı həcmini 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır”

“Azərbaycan qaz hasilatı həcmini 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır”

23 Mart 2019 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan qaz hasilatı həcmini 2025-ci ilədək 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Bunu "S&P Global Platts"a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib. E.Nəsirov bildirib ki, ötən il ölkədə 30,49 milyard kubmetr qaz hasil olunub. Bu il hasilatın 20 faiz artırılması planlaşdırılır: "2023-cü ildə ölkədə qaz hasilatı 38 milyard kubmetr təşkil etməlidir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı, gözlənildiyi kimi, 2021-ci ilə 17 milyard kubmetr olacaq".

Onun sözlərinə görə, bununla belə, bu proqnozlar yüksələ bilər, çünki bir sıra layihələr, məsələn, "Şəfəq-Asiman" hazırda kəşfiyyat mərhələsindədir.( trend)