Dünya bazarında İran neftini alan yoxdur
İranın dünya bazarına çıxardığı neftini heç kim almaq istəmir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bir həftəyə yaxındır ki, İranın enerji birjasına çıxartdığı 1 milyon ton neftinə alıcı tapılmır. Neftə alıcı tapmaq məqsədi ilə İran onu dünya bazarındakı qiymətdən 10-15 faiz ucuz satır. Lakin yenə də İran neftini alan yoxdur. Məsələ ilə bağlı İranın Milli Neft Şirkətinin nümayəndəsi Əmir Hüseyni jurnalistlərə verdiyi açıqlamasında deyib ki, neftə bazarda müştəri tapmaq məqsədi ilə onun qiymətini bir az da ucuzlaşdırmaq niyyətindədirlər. Xatırladaq ki, hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 69-70 dollardır
Digər xəbərlər









.jpg)









































































