Şuşaya yol çəkilişinə Türkiyənin tanınmış 2 şirkəti də cəlb edilib
Şuşaya yol çəkilişinə Türkiyənin tanınmış 2 şirkəti də cəlb edilib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş idarə rəisinin müavini Hidayət Rüstəmov deyib. H.Rüstəmovun sözlərinə görə, vaxt qısa olduğundan yolun layihələndirilməsi ilə tikintisi paralel aparılır:
" Yolun tikintisinə bir neçə podratçı təşkilat, o cümlədən Türkiyənin dağ şəraitində yol çəkən tanınmış 2 şirkəti də cəlb edilib. Tikintinin başa çatdırılmasına bir il yarım vaxt qoyulsa da, çalışacağıq ki, yolu daha tez istifadəyə verək".
O bildirib ki, yolun uzunluğunda dəyişikliyə gəlincə, bu relyefdən asılıdır: "Yolun ümumi uzunluğu 100 kilometrə yaxın olacaq. Yeni yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkiləcək. Yolun relyefi çətindir, dağlıq və meşəlik ərazidən keçir. Ərazinin relyefi çətin olsa da, orada körpülər inşa olunmaqla yolun tikintisi davam etdiriləcək".
Oxuməni.az



















































.jpg)
.jpg)




.jpg)


























