Ağdamda  700 hektardan artıq ərazi minalardan təmizlənərək şumlanıb və taxıl əkilib

Ağdamda 700 hektardan artıq ərazi minalardan təmizlənərək şumlanıb və taxıl əkilib

6 Yanvar 2021 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunda işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir.

Oxuməni.az xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev trend-ə açıqlamasında deyib. O bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə taxıl əkininə də başlanıb:

“Minalardan təmizlənmiş ərazilərdə taxıl əkini aparılır. Artıq 700 hektardan artıq ərazi təmizlənərək şumlanıb və taxıl əkilib. Proses davam etdirilir”.

A. Əliyev bildirib ki, ərazi tam olaraq minalardan təmizlənəndən sonra orada bərpa işlərinə başlanacaq.

Oxuməni.az