Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb

Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb

8 Yanvar 2021 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Yunanıstanın DEPA şirkəti məlumat yayıb. Qeyd olunub ki, 2013-cü ilin sentyabrında şirkət "Şahdəniz" konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:

“TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətə qabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək”.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.

Oxuməni.az