Qarabağda yenidənqurma işlərində İranın iştirak etməsi üçün Xudafərin gömrüyü açılmalıdır

Qarabağda yenidənqurma işlərində İranın iştirak etməsi üçün Xudafərin gömrüyü açılmalıdır

10 Yanvar 2021 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri Qarabağda yenidənqurma işlərində İranın iştirak etməsi üçün Xudafərin gömrüyünün açılmalı olduğunu deyib.

Oxuməni.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Cahangiri Xudafərin körpüsünün təmirinin Azərbaycan və İran dövlətləri üçün əsas hədəflərdən biri ola biləcəyini vurğulayıb. Onun fikrincə, bu Şərqi Azərbaycanla Qarabağın azad edilmiş bölgələri arasında gediş-gəlişin artması üçün prioritet layihə olmalıdır.

Əli Cahangiri Xudafərin gömrüyünün açılmasından sonra bunun bölgə ölkələri, o cümlədən Türkiyənin öz sərfəli variant olacağını, bunun Türkiyə, İran və Azərbaycanın mənafelərinə xidmət edəcəyini söyləyib.

Oxuməni.az