Sərtləşdirilmiş karantin rejimi uzadılacağı təqdirdə işsizlərə yenidən 190 manat veriləcək

Sərtləşdirilmiş karantin rejimi uzadılacağı təqdirdə işsizlərə yenidən 190 manat veriləcək

13 Yanvar 2021 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkədə xüsusi karantin rejiminin yanvarın 31-dək davam etməsi sosial şəbəkələrdə işsiz vətəndaşlara 190 manatın yenidən verilib-verilməyəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Oxuməni.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Fazil Mustafa axar.az-a bildirib ki, sərtləşdirilmiş karantin rejimi uzadılacağı təqdirdə işsizlərə yenidən 190 manat verilə bilər. Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə hələ ki, bununla bağlı qərarın olmadığını bildirib:

"Yanvar ayında işsiz vətəndaşlara birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yoxdur. Bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən qəbul olunur".

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi 14 dekabr-18 yanvar tarixlərini əhatə edir və 190 manat dəstək də bu tarixlər üçündür.

Oxuməni.az