Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq

Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq

14 Yanvar 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda tikintisi planlaşdırılan Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq.

Oxuməni.az xəbər verir ki, bunu tikintini həyata keçirəcək "Tekfen İnşaat" şirkətinin baş direktoru Mustafa Kopuz deyib.

O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək:

“Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq”.

Qeyd edək ki, binanın tikitinsinə 218 milyon avro vəsait ayrılacaq. "Tekfen İnşaat" şirkəti "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirib.

Səttar