Azərbaycan Dövlət Neft Şirkətinin borcları  2,2 milyard manat artaraq 16,1 milyard manata çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin borcları 2,2 milyard manat artaraq 16,1 milyard manata çatıb

14 Yanvar 2021 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirləri kəskin azalıb, şirkət ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı rəqəmlərdə bildirilir. Hesabata görə, 2020-ci ilin ilk yarısında şirkətin gəlirləri cəmi 25 milyard 921 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40% və ya 1,6 dəfə azdır. Xatırladaq ki, 2019-un ilk yarısında şirkətin gəlirləri 42 milyard 787 milyon manat idi.

Nəticədə SOCAR ilk dəfə olaraq 2020-ci ilin ilk yarısını 180 milyon manat zərərlə başa vurub.

Halbuki, SOCAR 2019-cu ilin eyni dövründə 376 milyon manat, ümumilikdə 2019-cu ildə isə 650 milyon manat xalis mənfəət əldə etmişdi.

2020-ci ilin ilk yarısının nəticələrinə görə, şirkətin öhdəlikləri demək olar dəyişməyib. Əvəzində şirkətin kapitalında 250 milyon manata yaxın azalma var. Şirkətin borcları da 2,2 milyard manat artaraq 16,1 milyard manata çatıb.

Ötən ilin ilk yarısında SOCAR-ın zərərlə işləməsi, şübhəsiz ki, dünya bazarında neftin qiymətinin azalması və hamilatın aşağı düşməsi səbəbindən baş verib.

Oxuməni.az