Bakı-Tbilisi-Ərzurum kəməri ilə keçən il 12,2 milyard kubmetr təbii qaz ötürülüb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə keçən il 12,2 milyard kubmetr təbii qaz ötürülüb

20 Yanvar 2021 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycandakı magistral qaz kəmərləri ilə 29 milyard 610,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilə nisbətən 7,6 faiz artım müşahidə olunub.

Oxuməni.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində qaz nəqlinin 41,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 267,7 milyon kubmetr təbii qaz ixrac edilib.