Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 94,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib

Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 94,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib

21 Yanvar 2021 11:33
Bəyəndim (3) Bəyənmədim (0)

Ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 94,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 9,8% azdır.

Oxuməni.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-oktyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 45,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 7,8%).

Qeyd edək ki, ötən il Azərbaycanda 24 031,5 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,8% azdır. Ölkədə istehsal edilə edilən elektrik enerjisinin 22 034,2 mln. kVt-saat istilik (0,4%-lik artım), 1 039,4 mln. kVt-saat su elektrik (32,3% azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Oxuməni.az