Azərbaycanda 50 milyon dəyəri olan yeni toxuculuq  fabriki tikiləcək

Azərbaycanda 50 milyon dəyəri olan yeni toxuculuq fabriki tikiləcək

21 Yanvar 2021 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yeni toxuculuq fabrikinin tikintisinə dair Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə ilkin müzakirələrə başlanılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) sədri İlham Öztürk deyib.

Onun sözlərinə görə, bu layihənin icrası ilə bağlı detallar görüşlərin nəticəsindən bəlli olacaq: "Toxuculuq fabrikinin tikintisi ilə bağlı ilk etapda 50 mln. ABŞ dolları məbləğində investisiya nəzərdə tutulur. Biz həm də öz təcrübəmizlə yerli iş adamları ilə bölüşmək niyyətindəyik. Azərbaycanda toxuculuq fabrikinin tikintisi həm də ixracata müsbət töhfə verəcək. Belə ki, istehsal olunacaq məhsul Rusiya, Ukrayna və digər ölkələrə ixrac oluna bilər. Görüşlərin nəticəsi olaraq, fabrikin hansı bölgədə tikiləcəyinə dair qərar veriləcək".

Oxuməni.az