Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilir

Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilir

12 Fevral 2021 16:26
Bəyəndim (1) Bəyənmədim (0)

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu, Milli Məclisinin Regional məsələlər komitəsinin fevralın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişiklik ediləcək.

Oxuməni.az