Toyların total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil

Toyların total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil

17 Fevral 2021 09:27
Bəyəndim (17) Bəyənmədim (0)

Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi müəmmalı bir yanaşmadı.

Oxuməni.az xəbər verir ki, bunu deputat Fazil Mustafa pandemiya şəraiti ilə əlaqədar ölkədə toy mərasimlərinə qoyulan qadağaya münasibət bildirərkən deyib.

Fazil Mustafa bildirib ki, hər gün Bakının istənilən “Makdonals”, “Mado” və s. kimi iri iaşə məkanlarına kütləvi axın olursa, toylara qoyulan qadağa anlaşılan deyil:

“Bu iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil…”

Oxuməni.az