TAP Avropanın enerji xəritəsini dəyişir

TAP Avropanın enerji xəritəsini dəyişir

18 Fevral 2021 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın rus qazından asılılığını azaltmaq üçün Vaşinqton bütün enerji layihələrini dəstəkləyəcək.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payet deyib.

“Yunanıstanın Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsində hərəkətverici qüvvə rolunun nə qədər əhəmiyyətli olmasından dəfələrlə danışmışıq. Fikrimcə, pandemiya ilində belə TAP, Bolqarıstanla İGB qaz kəməri, Yunanıstanla Şimali Makedoniya arasındakı yeni qaz birləşdiricisi irəliyə doğru hərəkət edir. Bunlar Avropanın enerji xəritəsini dəyişir və rus qazından asılılığı azaltmağa kömək edir”, - Payet bildirib.