Rusiya ilə Azərbaycan arasında "pamidor savaşı" davam edir

Rusiya ilə Azərbaycan arasında "pamidor savaşı" davam edir

18 Fevral 2021 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan bu ölkəyə fevralın 1-dən 18-nə qədər olan müddətdə ümumi çəkisi 50,4 ton olan üç partiya pomidorun keçirilməsinə icazə verilməyib.

Oxuməni.az xəbər verir ki, tərəvəzlərdə təhlükəli Cənubi Amerika pomidor güvəsi aşkar edildiyi üçün onların Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib.

Departamentdən bildirilib ki, mallar Azərbaycana qaytarılıb.