Qəbələyə çəkilən dəmir yolu xətti açılışa hazırdır

Qəbələyə çəkilən dəmir yolu xətti açılışa hazırdır

26 Fevral 2021 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ləkidən Qəbələyə çəkilən dəmir yolu xətti artıq hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, işlər artıq yekunlaşıb və dəmir yolu açılışa hazırdır.

Qeyd edək ki, Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir