Şaxtalı havada sıradan çıxan su sayğaclarına kim cavabdehdir? VİDEO

Şaxtalı havada sıradan çıxan su sayğaclarına kim cavabdehdir? VİDEO

27 Fevral 2021 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Son iki-üç gün ərzində ölkəmizdə hökm sürən qeyri-sabit hava şəraitinin bəzi fəsadları indi ortaya çıxmağa başlayır. Açıq hava şəraitində qalan su sayğacları yararsız hala düşüb. "Azərsu" Açıq Səhimdar Cəmiyyəti məsələnin tez bir zamanda həll ediləcəyini deyir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, şaxtalı, buzlu hava özündən sonra müəyyən problemlər qoyub gedib. Bir çox yerlərdə açıq havada olan su sayğacları yararsız hala düşüb. Don tutan sayğaclarda buzun əriməsi ilə nasazlıq əmələ gəlib.

Məsələ ilə bağlı Xəzərxəbərin yaydığı məlumata görə, Xətai rayonu Süleyman Əhmədov 6 ünvanında da belə bir hadisə baş verib. Ev sahibəsi Çiçək Hümbətovanın sözlərinə görə, bu gün səhərdən su sayğacı işləmir. Sayğac açıq havada olduğundan heç bir izolyasiya edilmədiyinə görə don vurub və qırılıb.

Ev sahibəsi həmçinin bildirib ki, sayğacdan öncə qarlı havaya görə su ilə bağlı problem yaşayıblar. Borular don tutduğundan su olmayıb. İndi isə sayğac bu vəziyyətdədir.

Bənzər mənzərə bir çox ünvanlarda yaşanıb. "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, bu problemlə bağlı artıq quruma çox sayda şikayət daxil olub və artıq problemin həll edilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, belə problemi olanlar "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin ərazi üzrə bölmələrinə və qaynar xəttinə müraciət edə bilərlər. Oxuməni.az videogörüntüləri təqdim edir: