Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib

Sulutəpə dairəsində yeni yol qovşağı istifadəyə verilib

19 Mart 2021 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri Sulutəpə dairəsində inşa olunmuş yeni yol qovşağının açılış mərasimində iştirak ediblər.

Oxuməni.az-a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da, sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb, 600 metrdən çox istinad divarları inşa olunub.

Oxuməni.az