Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir?

Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir?

10 Aprel 2021 21:23
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Sosial Demokrat Partiyasının sözçüsü, Baden-Vürttemberg federal əyalətindəki Manheymdan olan memar Ralf Eysenhouver bildirib ki, əgr sahibləri öz binalarından istifadə etməsələr və dağılmasına icazə verməsələr bələdiyyələr üçün daha çox hüquqi vasitə istəyəcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu alman nəşri "Mannheimer-Morgen" yazıb.

"Şəhərsalma aspektləri mülkiyyətin əhəmiyyətli dərəcədə qorunmasından asılıdır", - siyasətçi müsahibəsində deyib. Siyasətçinin sözlərinə görə, Almaniya federal orqanları bu sahədə müəyyən məsələləri əhəmiyyətli dərəcədə dəyişdirməlidirlər.

Alman siyasətçini qəzəbləndirən səbəb isə altı il əvvəl Azərbaycandan olan iş adamlarının Manheym planetarisində ofis binası almaları və onu lüks otel halına salınmasını istəmələri olub. Lakin naməlum səbəblərdən yenidənqurma işləri başlamadı və ərazidə binanın yalnız beton karkası hazırlandı.

"Bu, məni həqiqətən çox qəzəbləndirir", - Ralf Eysenhouver bildirib.

Nəşr yazır ki, bu gün siyasətçinin bələdiyyə binasının planlaşdırma, tikinti, nəqliyyat və idman şöbəsində vəzifə almasından 100 gün keçir.