Yüksək təzyiqin səbəbi beyində tapıldı
Hipotalamusdakı (beynin neyroendokrin fəaliyyətinin tənzimləyicisi) hiperaktiv sinir hüceyrələri hipertoniyanın inkişafına səbəb ola bilər. Bu nəticəyə Missuri Universiteti və Oksford Universitetinin alimləri gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Cardiovascular Research (CRes)" jurnalında dərc olunub.
Yüksək qan təzyiqi insult və infarkt üçün əsas risk faktorlarından biri olaraq qalır. Adətən bu, həyat tərzi, böyrək xəstəlikləri və ya hormonal pozğunluqlarla əlaqələndirilir. Lakin sinir sisteminin hipertoniyanın inkişafındakı rolu indiyə qədər kifayət qədər öyrənilməmişdir.
Siçanlar üzərində aparılan təcrübədə alimlər hipotalamusun paraventrikulyar nüvəsinin neyronlarına diqqət yetirdilər - bu, "döyüş və ya qaç" stress reaksiyasını və simpatik sinir sisteminin işini tənzimləyən beyin bölgəsidir. Bu hüceyrələr stress reaksiyasında iştirak edən və ürək-damar sisteminə təsir edən kortikotropin hormonunun istehsalına nəzarət edir.
Birincili hipertoniyası olan heyvanlarda tədqiqatçılar bu neyronların aktivliyinin artdığını və ürək ritminin və damar tonusunun tənzimlənməsinə cavabdeh olan beyin kötüyü mərkəzlərinə siqnalların ötürülməsinin gücləndiyini aşkar etdilər. Eyni zamanda, sinir və hormonal sistemləri birləşdirən neyroendokrin hüceyrələrin hiperaktivasiyası müşahidə edildi.
Alimlər bu hüceyrələrin fəaliyyətini eksperimental olaraq yatırdıqda, siçanlarda qan təzyiqi azaldı. Bundan əlavə, hipotalamus və simpatik sinir sistemi arasında əlaqəni təmin edən bir reseptor aşkar edildi. İşin müəlliflərinin sözlərinə görə, bu mexanizmi bloklayan bir dərman potensial olaraq birincili hipertoniyanın yeni müalicə üsulu ola bilər.
Almaz Həsənli





























.jpg)
.jpg)
.jpg)





























































