Namizədlərin 2013 adaşları

Namizədlərin 2013 adaşları

17 Sentyabr 2013 19:43
Bəyəndim (0) Bəyənmədim (0)
Maraqlı statistika

Bu il doğulan uşaqlara hansı prezidentliyə namizədin adı verilib?

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 10 namizəd iştirak edir. , "Media forum" saytı namizədlərin adları ilə bağlı maraqlı xəbər dərc edib. Sayt Ədliyyə Nazirliyinin internet səhifəsinə istinadla xəbər verir ki, 2013-cü ildə Azərbaycan Respublikasında doğulan uşaqlar arasında prezidentliyə namizədlərin adaşları da var.Sentyabrın 17-nə olan rəsmi statistikaya görə, il başlayandan doğulan uşaqlara qoyulmuş adlar arasında prezidentliyə namizədlərin adaşlarının sayı aşağıdakı kimidir:

İlham - 99 nəfər

Cəmil - 77

İlyas - 46

Araz - 36

Sərdar - 35

Zahid - 33

Hafiz - 30

Qüdrət - 15

Fərəc - 12

İqbal - 10

O.M.