VİDEO: Kirli avtomobillər üzərində möcüzələr yaradan azərbaycanlı
Türkiyə mediası kirli avtomobillər üzərində rəsm çəkən azərbaycanlı gənc haqda süjet hazırlayıb.
Paytaxt Bakıda avtomobil dayanacağında çalışan Rafael Veyisov ona əmanət edilən avtomobillərin tozlularını seçərək onların üzərində barmaqları ilə rəsmlər çəkir. Onun çəkdiyi rəsmlər həm maşın sahiblərinin, həm də yoldan keçən insanların böyük marağına səbəb olur. Veyisov maşınlar üzərində şəkillər çəkməyə başladıqdan sonra bu istedadını kəşf etdiyini bildirib.
Artıq 10 ildir ki bu işdə çalışan gənc bəzi avtomobobil sahiblərinin kirli avtomobillərini gətirərək rəsm sifarişləri verdiklərini, hətta bəzilərinin maşınlarında rəsm çəkdirmək üçün uzun müddət onları yumadıqlarını deyir. Veyisov daha çox xəyalındakı şəhərləri rəsmlərində canlandırdığını qeyd edib.









































































.jpg)

.jpg)



















