"Titanik"in skripkası satışda!
1912-ci ildə "Titanik" gəmisi batarkən təşvişə düşən sərnişinləri sakitləşdirmək üçün musiqi ifa edən orkestrə aid skripka hərraca çıxarılır. Skripka hərraca çıxarılmazdan əvvəl Böyük Britaniyada nümayiş etdirilir.Musiqi aləti orkestrin rəhbəri Uolles Hartliyə məxsus olub. O da 1912-ci ilin aprelində "Titanik" gəmisinin batması nəticəsində həlak olan 1500 adamın arasında idi.Hərracın təşkilatçıları hesab edirlər ki, bu skripka artıq insan təbiətinin bütün yaxşı cəhətlərini simvolizə edir. Həmin skripkanın azı 500 min dollara satılacağı proqnozlaşdırılır.
Digər xəbərlər









































































.jpg)

.jpg)



















