Azərbaycan firavanlıq indeksinə görə dünyada neçənci yeri tutur?
"Legatum Institute" beynəlxalq təhlil təşkilatının təşkilatı tərəfindən hazırlanmış, ölkələrin rifahı haqqında reytinqdə Azərbaycan 142 ölkə arasında 81-ci yerdə qərarlaşıb.Reytinqə əsasən, Orta Asiya üzrə ən yaxşı yaşayış səviyyəsi 47-ci yerin sahibi Qazaxıstan Respublikasındadır. Gürcüstan 84-cü, Ermənistan isə 95-ci yerə layiq görülüb. Digər Postsovet ölkələrindən Belarus 58-ci, Rusiya isə 61-ci olub. Azərbaycanın reytinq üzrə qonşuları isə Mərakeş (82) və Qırğızıstan (80) olub. Reytinq cədvəlinin ən yüksək yerlərdə Norveç, İsveçrə, Kanada, İsveç, Yeni Zellandiya və Danimarka yerləşiblər.
Qeyd edək ki, reytinq 8 kriteriya üzrə tərtib olunub: iqtisadiyyat, sahibkarlıq, təhsilin idarə edilməsi, səhiyyə, təhlükəsizlik, şəxsi sərbəstlik və sosial kapital.









































































.jpg)

.jpg)



















