Həmyerlimiz ABŞ-ın Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov ABŞ-ın Ohayo ştatının Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvlüyünə keçirilmiş seçkilərdə öz namizədliyini irəli sürüb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 5 noyabr tarixində yekunlaşan səsvermədə Adil Bağırov və digər 3 namizəd seçkilərdə qalib gələrək növbəti 4 illiyə Təhsil Şurasına üzv seçiliblər.
Deyton Dövlət Məktəbləri Təhsil Şurası 1831-ci ildən fəaliyyət göstərir. Şuraya ilk seçkilər 1855-ci ildə keçirilib. Şura 7 üzvdən ibarətdir və hər 4 ildən bir yeni üzvlər seçilir. Şuranın yaradılmasında məqsəd ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakının təmin olunmasıdır. Hazırda 15313 tələbə burada təhsil alır.
/Apa/









































































.jpg)

.jpg)



















