Ucarda qeyri-adi hadisə
Qoyun bu il ərzində 7 bala verib
Ucar rayonunda qeyri-adi hadisə baş verib. Apa-nın yerli bürosunun xəbərinə görə, rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1945-ci il təvəllüdlü Nadir İbrahimovun fərdi təsərrüfatda saxladığı xırda buynuzlu heyvan bu il 7 bala verib. Təsərrüfat sahibi 40 ildən artıqdır ki, xırda buynuzlu heyvan saxladığını və il ərzində hər qoyundan 2-3 bala aldığını deyib. Həmin qoyun ilin əvvəlində üç, yeddi gün əvvəl isə dörd bala verib.
Digər xəbərlər









































































.jpg)

.jpg)



















