DİQQƏT! Nazirlik məktəblərdə yoxlamalara hazırlaşır

DİQQƏT! Nazirlik məktəblərdə yoxlamalara hazırlaşır

18 Noyabr 2013 16:25
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd ucqar məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət etməkdir

Təhsil Nazirliyi ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə yoxlamalar aparmağı planlaşdırır. Təhsil Nazirliyindən daxil olan məlumata görə, şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunub.

Bu məqsədlə məktəb direktorlarına lazımi təlimati göstərişlər verilib. Təhsil şöbələri məktəblərdə davamlı araşdırmalar aparır.
Qeyd edək ki, Təhsil Nazirliyi seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcək.