136 kq-lıq maniken

136 kq-lıq maniken

21 Noyabr 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Velvet Damour 21 yaşında ikən firmaların qapısını maniken kimi döysə də, kök olduğu üçün qəbul edilməmişdi. Halbuki, o zamanlar boyu 1.71 sm, çəkisi isə 53 kq idi. Sonunda xəyalındakı maniken oldu. Üstəlik, 136 kq ağırlığında!

John Galliano ve Jean Paul Gaultier kimi moda divlərinin dəfiləsinə çıxdı, fransız "Vogue" jurnalının qapaq qızı oldu. 2006-cı ilə çıxdığı "Gaultier" dəfiləsi isə onun kariyerası üçün yeni bir başlanğıc oldu. Hazırda 46 yaşında olan Velvet Gisele Bundchen, Heidi Klum kimi məşhur olan manikenlərin çalışdığı firmalarla işbirliyi qurur.

Günel Həbib