"Cinayətin və cəzanın fəlsəfəsi" kitabı təqdim edildi

"Cinayətin və cəzanın fəlsəfəsi" kitabı təqdim edildi

26 Noyabr 2013 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Professor İlham Rəhimovun kitabında cinayət və cəza ilə əlaqədar hüququnun problemləri araşdırılıb

Bu gün Bakı Dövlət Universitetində Əməkdar hüquqşünas, professor İlham Rəhimovun "Cinayətin və cəzanın fəlsəfəsi" kitabının təqdimat mərasimi keçirilib. ANS-in verdiyi məlumata görə, monoqrafiyada cinayət və cəza ilə əlaqədar hüququnun problemləri araşdırılıb. Müəllif kitabda oxucu ilə cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyəti, cinayətkarlığın və cəzanın gələcəyi haqqında suallar üzərində fəlsəfi nəzər-nöqtəsindən düşüncələri ilə bölüşüb.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev deyib ki, dövlətə iki amil zərər gətirə bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Professor İ. Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib.
Daha sonra tədbirdə professorlar Kamil Səlimov, Rüstəm Məmmədov, Sosiologiya kafedrasının professoru Mina Hacıyeva, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, professor Bastrıkin Aleksandr İvanoviç və Sosial Elmlər Akademiyasının akademiki, professor Qolik Vladimiroviç çıxış edib.