VİDEO: Paytaxtdakı "Hökumət evi" hələ belə dadlı olmayıb

VİDEO: Paytaxtdakı "Hökumət evi" hələ belə dadlı olmayıb

5 Dekabr 2013 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Hökumət evi"nin şokoladdan maketi hazırlanıb.Aşpazlar maketin hər bir detalını dəqiqliklə hazırlamağa çalışıblar.Maketlərin içində ən çox vaxt aparan və ən əzəmətlisi məhz hökümət evinin binasının ağ şokoladdan hazırlanmış maketidir.Hər bir detalını dəqiqliklə hazırlamağa çalışan aşbazlar, yeməli binaya olan diqqəti gördükdə daha da qürur hissi keçirirdilər."Hökumət evi"nin ətrafını üzəri qarla örtülmüş müxtəlif ölçülü evlər bəzəyir. Kiçik nağıllar aləmində yalnız maşınlar və qatarlar yeməli deyil. Maketlərin hazırlanmasında gündəlik yediyimiz peçenyelerdən də istifadə edilib.Xüsusi işıqlarla işıqlandırılan evlər mənzərəyə daha da sehrli ab-hava əlavə edir. Bütün bu maketlərin hazırlanmasında 1200 yumurta, 200 kq un, yüz kiloqramlarla şəkər tozu, 20 kq şokolad və digər ərzaqlardan istifadə edilib. Hökümət evinin bu cür dadlı formada tərtibatı ölkəmizdə bir ilkdir./ans/