Bir milyon "like" gətir, qızımı sənə ərə verim

Bir milyon "like" gətir, qızımı sənə ərə verim

20 Dekabr 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi Facebook sosial şəbəkəsində 1 milyon "like" istəyib.

Taiz şəhərində yaşayan şair Səlam Əyaşın dediyinə görə, onun qızını almaq istəyən oğlan hər çətinliyə qatlanmalıdır."İnternetdən istifadənin məhdud olduğu, cəmi 25 milyon insanın yaşadığı Yəmən kimi ölkədə 1 milyon "like" yığmağın müşkül iş olduğunu bilirəm.

Amma olsun, qızımın qədrini bilər. Ona demişəm: "1 milyon "like" gətir, qızımı apar"."Bəli, bu, mənim şərtimdir", - Səlam Əyaş söyləyib.Xəbəri Yəmənin paytaxtı Sənada çıxan "Əl Əyyam" qəzetinin reportyoru Başarel Başarel də təsdiqləyib./Milli/