Gəncədə Beynəlxalq Forum öz işinə başladı - Fotolar

Gəncədə Beynəlxalq Forum öz işinə başladı - Fotolar

10 Oktyabr 2016 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri" mövzusunda 4 günlük Beynəlxalq Forum öz işinə başlayıb.

Məlumata görə, forum gənc alim və mütəxəssislərin iştirakı ilə keçirilir.Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bildirib ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu elmi forumda seçilmiş mövzular , iştirakçıların dünyanın müxtəlif ölkələrini təmsil etmələri olduqca əhəmiyyətlidir.

Konfransın təşkilat komitəsinin sədri, akademik Faxrəddin Qədirov qeyd edib ki, belə elmi konfrans forumlar gənclərin bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, elmin actual problemlərini müzakirə etmələrinə və həll yollarını araşdırmalarına böyük imkanlar verir.

Bildirək ki, "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri" mövzusunda 4 günlük Beynəlxalq Forum ümumilikdə 25 ölkədən gənc alim və mütəxəssis müraciət edib. Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350 -ə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab verdiyi üçün qəbul olunub. Foruma 12 ölkədən gənc alim və mütəxəssis dəvət olunub.

Gəncədə Beynəlxalq Forum başladı -  Fotolar

Gəncədə Beynəlxalq Forum başladı -  Fotolar

Mediainfo.az