Horadizdə Bayraq tədbiri keçirilib

Horadizdə Bayraq tədbiri keçirilib

8 Noyabr 2016 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Horadiz şəhərində Bayraq meydanında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət Bayrağı günü" münasibəti ilə təşkil olunub.

Füzuli RİH-dən verilən məlumata görə, Silahlı Qüvvələrdə "Bayrağım-varlığım, bəxtiyarlığım" devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsinin davamı olaraq keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkili Xanhüseyn Kazımlı, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edib.

Alı Alıyev Dövlət Bayrağı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Alı Alıyev cəbhə bölgəsində, Horadiz şəhərində belə möhtəşəm tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını deyib.

Tədbirdə Silahlı Qüvvələrin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib.

  Cəbhə bölgəsində bayraq tədbiri keçirilib

Mediainfo.az