100 yaşlı tüfəng Milli Azərbaycan Tarixi Muzeyinə verilib

100 yaşlı tüfəng Milli Azərbaycan Tarixi Muzeyinə verilib

28 Noyabr 2016 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.

Muzeydən verilən məlumata görə, tüfəngin lüləsi səkkiztilli dəmirdir, üzərində nəbati naxışları var.

Lülənin üzərində "1919" il tarixi qeyd olunub. Tüfəngin bərpaya ehtiyacı olduğundan bərpa işi muzeyin bərpa laboratoriyasının bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.

Tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.

Mediainfo.az