Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı

Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı

20 Fevral 2017 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

"Report"un verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bu günlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox aşağı düşüb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.

Mediainfo.az